Gədəbəydə qandonduran cinayət — Bacı qardaşın boğazını kəsdi

Gədəbəydə qandonduran cinayət — Bacı qardaşın boğazını kəsdi Gədəbəydə 17 yaşlı oğlan bıçaqlanaraq ölüb.
Hadisə rayonun Slavyanka kəndində baş verib.
Kənd sakini, 2001-ci il təvəllüdlü Aliyev Samir Sübhan oğlu boğazından bıçaqlanaraq ölüb. Yaxınları bədbəxt hadisə zamanı öldüyünü bildirir. Belə ki, öz bacısı 1998-ci il təvəllüdlü Alıyeva Sevinc Sübhan qızı ilə zarafatlaşan zaman bacısının əlində olan bıçaq onun boğazına girərək şah damarı kəsib.

Hadisə ilə bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.
Geri qayıt