16 kiloqramlıq narkotik əməliyyatı

16 kiloqramlıq narkotik əməliyyatı Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

xalqxeber.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, yanvarın 15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Əsgərovdan 13 kiloqram 355 qram tiryək götürülüb.

Bundan başqa, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Səfər İbrahimovdan 2 kiloqram 205 qram heroin, 11 kiloqram marixuana, 9,588 qram tiryək götürülüb.
Geri qayıt