Fəhləsi ölən şirkətin əməkdaşları "Space"in işçilərini DÖYDÜ - FOTOLAR

Fəhləsi ölən şirkətin əməkdaşları "Space"in işçilərini DÖYDÜ - FOTOLAR Xəbər verdiyimiz kimi, Səbail rayonu "20-ci Sahə" adlanan ərazidə yerləşən yaşayış kompleksinin tikintisi zamanı fəhlə, 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 12-ci mərtəbədən yıxılaraq həyatını itirib.

Unikal.org xəbər verir ki, bu gün hadisəni işıqlandırmaq üçün qeyd olunan ünvana gedən "Space" televiziyasının "Hər Gün" xəbərlər xidmətinin müxbiri Mürvət Zülfüqarov və operator Samir Gülməmmədova MVVL Verius Pradium Şirkətinin 15-ə yaxın əməkdaşı hücum edərək, onları döyüb. Nəticədə operator və müxbir çoxsaylı bədən xəsarəti alıb. Bundan başqa çəkilişdə istifadə edilən kameraya da zərər dəyib.

Əldə etdiyimiz məlumata görə, hadisə ilə bağlı Space televiziyasının rəhbərliyi Səbail rayon Polis İdarəsinə müraciət edib.

Geri qayıt