Bakıda “Range Rover”lə “Ford” toqquşdu: İki ölü - FOTO

Bakıda “Range Rover”lə “Ford” toqquşdu: İki ölü - FOTO Bakının Balaxanı-Mehdiabad yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.

37 yaşlı Rahid Məmmədov idarə etdiyi “10-HF-590” dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobillə üzü Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən yüksək sürətlə qəfil qarşısına çıxan “Range Rover”lə toqquşub.

Şahidlərin sözlərinə görə, qəza nəticəsində “Range Rover”in sürücüsü yüngül bədən xəsarətləri alıb. Zərbənin gücündən “Range Rover” yanmağa başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

“Ford” markalı avtomobildə sıxılıb qalmış 25 yaşlı Orucov Orxan Fikrət oğlu çıxarılıb və təcili yardımın əməkdaşları tərəfindən 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin yaralı yolda dünyasını dəyişib. Sürücü R.Məmmədov isə elə hadisə yerində ölüb.

Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları aparılır.

Geri qayıt