Bakıda məşhur xəstəxanada faciə: - uşaq naməlum səbəbdən öldü

Bakıda məşhur xəstəxanada faciə: - uşaq naməlum səbəbdən öldü Bakıda ixtisaslaşmış xəstəxanada yeni doğulmuş uşaq ölüb. İyunun 7-də Füzuli rayon Horadiz qəsəbə sakini, 1989-cu il təvəllüdlü Gülnarə Əhmədova Respublika Perinatal Mərkəzinə yerləşdirilib. İyunun 9-da o, 1 kiloqram 900 qram çəkili oğlan uşağı dünyaya gətirib. G.Əhmədovanın bətnindəki 35 həftəlik uşaq qeysəriyyə yolu ilə götürülüb. Lakin iyunun 11-nə keçən gecə yeni doğulmuş oğlan uşağı naməlum səbəbdən vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Geri qayıt