Gədəbəydə ağır qəza: ölənlər var

Gədəbəydə ağır qəza: ölənlər var Gədəbəydə iki avtomobil toqquşub, ölən və yaralananlar var.

Hadisə rayonun Gərgər kəndində baş verib.

Hərəkətdə olan iki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücülər 1973-cü il təvəllüdlü Qarayev Nail və 1974-cü il təvəllüdlü İsmayılov Aydın xəstəxanada ölüblər.

Yaralılardan iki nəfəri Gəncədə olan xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt