Bakı-Quba yolunda qəza: 1 ölü

Bakı-Quba yolunda qəza: 1 ölü Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyimiz xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 45-ci km-də “BMW” markalı minik avtomobilinin qəzaya uğraması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və hadisə zamanı vəfat etmiş sürücü, 1976-ci il təvəllüdlü Rzayev Emil Hafiz oğlunun cəsədini aidiyyatı üzrə təhvil veriblər.
Geri qayıt