Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanıldılar

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanıldılar Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində çətənə kolları yetişdirən və narkotik vasitələrinin satışında şübhəli bilinən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan xalqxeber.az -a verilən məlumata görə, mayın 18-də Xaçmaz RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsindərayonun Niyazoba kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ceyhun Hacıyevin evinə baxış keçirilib. Hal şahidlərinin iştirakı ilə həyatyanı sahəyə baxış zamanı, həyətin içərisində olan yarımtikilidən və həyətdə olan su çəninin üzərindən 21 ədəd taxta yeşiklərə yığılmış ümumi sayı 606 ədəd olan ağ rəngli birdəfəlik istifadə olunan plastmas stəkanlarda əkilərək, xüsusi aqrotexniki qulluq olunmuş çətənə (kannabis) kolları aşkar olunub.

Bioloji ekspertizaya təqdim olunan maddi sübutlar, əkilib becərməsi qadağan olunmuş kannabis olduğu barədə rəy verilib.

Dindirilmə zamanı o, çətənə kollarını özü becərdiyini bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər uğurlu əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olunan şəxslər saxlanılıb.

Belə ki, mayın 8-də Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Çingiz Adıgözəlov saxlanılıb. Üzərində şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin yan cibindən bir ədəd kibrit qutusunda 5,438 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Mayın 17-də isə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər sakini Qurban Fərzəliyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən şəxsi axtarış zamanı bir ədəd kağız bükümdə 5,507 qram qurudulmuş marixuana aşakarlanıb.

Faktlarla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Geri qayıt