Qubada heyvan oğruları saxlanıldı

Qubada heyvan oğruları saxlanıldı DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Səbətlər kənd sakini M.Hacıyevin həyətindən 8 baş xırda buynuzlu heyvanlarını oğurlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini Asif Vəliyev və Quba rayon sakini Amil Əmirov olduqları müəyyən edilib.

Ətraflarında aparılan tədbirlərlə onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, bu iki şəxs mayın 1-də həmin kənddə Ə.Əmirovun həyətindəki tövlədən 1 baş inəyi oğurlamaları da müəyyən edilib.

Dindirilmə zamanı A.Vəliyev və A.Əmirov törətdikləri cinayəti etiraf edərək, oğurladıqları heyvanları Sumqayıt şəhərində yerləşən mal bazarında dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.
Geri qayıt