HƏYƏTİNDƏ ÇƏTƏNƏ KOLU AŞKAR OLUNDU

HƏYƏTİNDƏ ÇƏTƏNƏ KOLU AŞKAR OLUNDU Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə , mayın 2-də Xaçmaz RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Qəhrəman Hüseynovun həyətyanı sahəsindən dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 34 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Dindirilmə zamanı O, çətənə kollarını şəxsi istifadə üçün becərdiyini bildirib.
Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
​Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət başlanaraq barəsində həbs qətimkan tədbirləri seçilib.


Nizam Həmidov
polis leytenantı

xalqxeber.az
Geri qayıt