Samur-Abşeron kanalında qadın meyiti tapılıb

Samur-Abşeron kanalında qadın meyiti tapılıb Siyəzən rayonunun Ağbaş kəndi ərazisində 1 nəfər Samur-Abşeron kanalına düşüb.

FHN-ə istinadən xəbər veririk ki, hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanan qadın cəsədi (şəxsiyyəti məlum deyil) sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Geri qayıt