Bakıda 1-ci sinif şagirdi zorlandı - Valideynlər aksiya keçirir

Bakıda 1-ci sinif şagirdi zorlandı - Valideynlər aksiya keçirir Azərbaycanda daha bir məktəb zorlama cinayəti ilə gündəmə gəlib.

xalqxeber.az xəbər verir ki, BiG.az-ın yazdığına görə Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsi baş verib. Bu barədə sayta uşaqları həmin məktəbdə oxuyan valideynlər deyiblər. Onların bildirdiyinə 1-ci sinifdə oxuyan oğlan uşağı məktəbin tualetində 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalıb.
Hadisə aprelin 19-da baş verib. Eyni sinifdə oxuduqları iddia olunan iki nəfər 10-cu sinif şagirdi 1-ci sinifdə oxuyan oğlanı ayaq yolunda şalvarını çıxararaq zorlayıb. Hadisə azyaşlının hadisəni sinifdə yoldaşlarına danışarkən ortaya çıxıb. Valideynlər onu da qeyd ediblər ki, zorlanan şagirdin valideynləri rayonda yaşadığına görə uşaq xalasıgildə qalır.
Valideyinlər məktəb direktoru Nürqələm Bayramovanın zorlanan azyaşlının xalasına 2000 manat verərək hadisəni ört-basdır etdiyini deyir. Bundan əlavə azyaşlını zorladığı deyilən şagirdin valideynləri direktora rüşvət verərək onun məktəbdən qovulmamasına da nail olublar.
Bildirilir ki, həmin uşağın yerinə günahsız şagird şərlənərək məktəbdən uzaqlaşdırılıb. Valideynlər vurğulayıb ki, direktora nə qədər şikayət etsələr də nəticəsiz qalıb. Şikayətlərinə baxılmadığını görən valideynlər bu gün məktəbin qarşısında aksiyaya toplaşıblar.
Onlar direktorun şikayətlərinə baxmasını və həmin şagirdin dərhal məktəbdən qovularaq cəzalandırılmasını istəyirlər. Lakin direktor qəzəbli valideyinləri qəbul etmir.
“Direktor bizi qəbul etmir. Sözümüz direktora çatdırılmır. Bizi qəbul edənə kimi aksiyamızı davam etdirəcəyik”.
Bildirilir ki, seksual zorakılığa məruz qalan 1-ci sinif şagirdi həmin məktəbin müəlliməsi Fəxrəndə Rəhimovanın sinfində oxuyur.

BiG.az
Bakıda 1-ci sinif şagirdi zorlandı - Valideynlər aksiya keçirir
Bakıda 1-ci sinif şagirdi zorlandı - Valideynlər aksiya keçirir
Geri qayıt