Kapital Bankda şok oğurluq - Laqonda ilə bankomatı kəsdilər

Kapital Bankda şok oğurluq - Laqonda ilə bankomatı kəsdilər Bakıda bu günə qədər görünməmiş oğurluq baş verib. Criminal.az-a istinadən xəbər veririk ki, şəhərin tən ortasında, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Vergilər nazirliklərinin yerləşdiyi ərazidə inanılmaz olay qeydə alınıb.

Gündüz saatlarında əlehqaz taxmış iki nəfər Vergilər Nazirliyi yaxınlığındakı Kapital Bankın bankomatına yaxınlaşıblar. Həmin vaxt şübhəliləri görən kassir onlara yaxınlaşıb, nə iş gördüklərini soruşub. Onlar da soyuqqanlılıqla cavab veriblər ki, ''sanepidemstansiya''dan gəlmişik, buraları dərmanlayırıq.

Bundan sonra iki şəxs bankomatın yerləşdiyi köşkü açaraq içəri daxil olublar. Laqonda ilə bankomatı kəsərək içərisindəki 174 min dollar pulu oğurlayıblar.

Yasamal rayon Polis İdarəsindən sayta faktı təsdiq etsələr də, əlavə məlumat verməyiblər.

Oğurluq olan bankomat bankın öz mühafizəçiləri tərəfindən qorunurmuş. Hazırda hüquq-mühafizə orqanı əməkdaşları əməliyyat-istintaq tədbiri həyata keçirir.
Geri qayıt