Xətai rayonunda tikinti şirkətinin meneceri intihar etdi — SƏBƏB

Xətai rayonunda tikinti şirkətinin meneceri intihar etdi — SƏBƏB Xətai rayonu ərazisində intihar faktı qeydə alınıb.
1983-cü il təvəllüdlü Cəbrayıllı Anar Bəxtiyar oğlu özünü Məhəmməd Hadi küçəsində yerləşən 16 mərtəbəli binadan ataraq intihar edib. Qeyd edək ki, A.Cəbrayıllı həmin binanın 11-ci mərtəbəsindəki mənzilində yaşayıb və özünü də oradan atıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və araşdırmalar zamanı məlum olub ki, A.Cəbrayıllı “AVES” tikinti şirkətində menedcer vəzifəsində çalışıb.

Həmçinin intihar edən şəxsin küllü miqdarda borcu olduğu aşkarlanıb.

Meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə aparılan A.Cəbrayıllının psoxoloji problemlərinin olduğu da aşkarlanıb.
Mərhumun 2 azyaşlı övladı olub.

Faktla bağlı Xətai rayon prokurorkuğuda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, A.Cəbrayıllının işlədiyi şirkətə qarşı ötən ilin noyabr ayında Baş Prokurorluqda cinayət məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.

Belə ki, “AVES” MMC-nin vəzifəli şəxslərinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb etmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddələri ilə 2 cinayət işi başlanaraq, ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə həvalə edilib.
Geri qayıt