Bərdədə oğul atasının evini yardı

Bərdə rayon Polis İdarəsindən bildirilib ki, faktla bağlı təxirəsalınmaz operativ axtarış tədbirləri görülüb.
Araşdırma zamanı məlum olub ki, Əli Əliyevin (ad və soyad şərtidir – red.) mənzilindən dörd min manatdan çox pul oğurlanıb.
Oğrunun mənzil sahibinin oğlu olduğu aşkar edilib.
Daxili İşlər Nazirliyi Oxu.Az-a xəbəri təsdiqləyib və əlavə edib ki, şübhəli şəxs artıq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.