6-cı sinif şagirdi məktəbin həyətində öldü

6-cı sinif şagirdi məktəbin həyətində öldü Şəmkirdə məktəbin həyətində ölüm hadisəsi baş verib.

Hadisə rayonun Çənlibel kəndində baş verib.

Kənd sakini, 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlu məktəbin həyətində yoldaşları ilə oynayan zaman anidən yerə yıxılıb. Dərhal həkim çağırılsa da, onun dünyasını dəyişdiyi məlum olub. Ölümün səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Geri qayıt