Əri tərəfindən döyülən qadın xəstəxanada ölüb

Əri tərəfindən döyülən qadın xəstəxanada ölüb Lənkəranda 51 yaşlı qadın xəstəxanada ölüb.

Rayonun Rvo kənd sakini, 1967-ci il təvəllüdlü Mahirə Vəli qızı Qafarova ötən gün gecə saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. M.Qafarova orada vəfat edib.

Qadının yaxınları onu xəstəxanaya gətirərkən əvvəlcə yıxıldığını desələr də, sonradan əri tərəfindən döyüldüyünü, sonradan halının pisləşdiyini bildiriblər.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

M. Qafarova Lerik rayonunda ərdə olub. Hadisənin beş gün əvvəl orada baş verdiyi bildirilir.
Geri qayıt