Azərbaycanlı müğənni avtomobil qəzası keçirdi - XƏSARƏT ALAN VAR

Azərbaycanlı müğənni avtomobil qəzası keçirdi - XƏSARƏT ALAN VAR “Eurovision 2014” təmsilçimiz Dilarə Kazımova avtomobil qəzası keçirib. Ötən gün axşam saatlarında sərnişin avtobusun sürücüsü sürət həddini keçərək, dairədə idarəetməni itirib. Bundan sonra avtobus yolun kənarında duran Dilarə Kazımovanın “Audi” markalı avtomobilinə çırpılıb. Nəticədə müğənninin avtomobil əzilib. Təhlükəsizlik kəmərini taxan ifaçı ,xoşbəxtlikdən xəsarət almasa da, onun köməkçisinin başı zədələnib. Onu xəstəxanaya aparıblar.
Qeyd edək ki, hadisə Musabəyov parkı yaxınlığında baş verib. Qəzadan dərhal sonra əraziyə Dövlət Yol Polisi əməkdaşları və sığorta şirkətinin işçiləri gəlib.

Geri qayıt