Abşeronda yanğın, bir nəfər həlak oldu

Abşeronda yanğın, bir nəfər həlak oldu Abşeron rayonu, Məmmədli kəndində ölümlə nəticələnən yanğın baş verib.

FHN-ə istinadən xəbər veririk ki, ümumi sahəsi 25 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1954-cü il təvəllüdlü Əlövsətov Əlövsət Məmməd oğlunun cəsədi aşkar olunub. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Geri qayıt