Qubada mübahisə qanla bitdi
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan xalqxeber.az-a verilən məlumata görə, fevralın 18-də şəhər sakini Orxan Süleymanovun qarın boşluğundan aldığı xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər sakini Rəşad Hacıyev şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, hadisəni aralarında yaranmış mübahisə zəminində törətdiyini etiraf edib.
Faktla bağlı Quba RPŞ -nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.
