Bakıda “Ayıq sürücü” müştərinin 10 min manatını oğurladı

Bakıda “Ayıq sürücü” müştərinin 10 min manatını oğurladı Xətai rayonunda “Ayıq sürücü” xidmətinin sürücüsü oğurluq edib.

Abdıyev Ramin Məcid oğlu Xətai RPİ-nin 35-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, “Ayıq sürücü” xidmətinin Mayıl adlı sürücüsü onu “Lexus” marakalı avtomobilindən 10 min manat pulunu aparıb. Belə ki, onu evinə gətirib düşürdən sürücü R.Abdıyevin sərxoş olmağından istifadə edərək pul kisəsini götürərək ərazidən uzaqlaşıb.

Faktla bağlı polis bölməsində araşdırmalara başlanılıb. Hazırda həmin sürücünün müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Geri qayıt