Bakıda 2 yaşlı qız evdə yanaraq ölüb

Bakıda 2 yaşlı qız evdə yanaraq ölüb Bakı şəhəri, Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 m2 olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 m2 olan bitişik tikili yanıb.

FHN-nin saytına istinadən xəbər veririk ki, yanğın zamanı 1 nəfər yanıq xəsarətləri alıb. Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Geri qayıt