Şirkət meneceri həbs olundu
20-01-2018, 13:27
Bakı Ağır Cinayətlər Məhkəməsində satış meneceri işlədiyi şirkətin 14 min manatını mənimsəməkdə təqsirləndirilən Niyal Cabbarova hökm oxunub.
Hakim Mahmud Ağalarovun icraatında olan məhkəmənin hökmü ilə N.Cabbarov 3 il müddətinə azadlıqdan məhrum edilib.
O, istintaq dövründə azadlıqda olduğu üçün məhkəmə zalında həbs olunub.
Geri qayıt