Türkiyədə daha bir deputat həbs olundu

Türkiyədə daha bir deputat həbs olundu Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) Şırnak üzrə millət vəkili Fərhad Encü həbs olunub.

Məlumata görə, F. Üncü bu gün Şırnak hava limanında saxlanılaraq Cizrə Ədliyyəsinə aparılıb. O, “silahlı terror təşkilatına üzv olmaq” və “təşkilatın təbliğatını aparmaq” cinayət maddələri üzrə ittiham olunaraq haqqında həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bugünə qədər HDP sədri Səlahəddin Dəmirtaş və həmsədri Figen Yüksəkdağ olmaqla 14 nəfər həbs olunub.
Geri qayıt