Şəmkirdə silahlı insident olub, bir nəfər güllələnib

Şəmkirdə silahlı insident olub, bir nəfər güllələnib Şəmkirdə silahlı insident olub.

Hadisə günorta saatlarında Şəmkir şəhərində bazarın yaxınlığında baş verib.

Küçədə bir nəfərin odlu silahdan açdığı atəş nəticəsində Şəmkir sakini, 1992-ci il təvəllüdlü Mircəlal Mehdiyev xəsarət alıb.

Güllə yarası alan M. Mehdiyev Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt