Azərbaycandan Türkiyəyə gedən avtobus yanıb - 50 sərnişin olub

Azərbaycandan Türkiyəyə gedən avtobus yanıb - 50 sərnişin olub Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusu yanıb.

Gürcü KİV-nə istinadən xəbər veririk ki, insident ötən gecə Gürcüstanın şərqində baş verib.

Avtobusda müxtəlif ölkə vətəndaşları olan 50 sərnişin olub. Ciddi zərərçəkənin olmadığı bildirilir.

Sərnişinlər avtobusun tüstüləndiyini hiss etdikdə bu barədə sürücünü məlumatlandırıblar və dərhal avtomobili tərk ediblər.

Avtobus isə tamamilə yanıb.

Geri qayıt