Bakıda qadınlardan ibarət quldur dəstəsi zərərsizləşdirildi

Bakıda qadınlardan ibarət quldur dəstəsi zərərsizləşdirildi Bakıda quldurluqla məşğul olan şəxslər tutulub

xalqxeber.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də əcnəbi vətəndaşa - Biyar Cumaah Shaikaniyə qarşı quldurluq etməkdə şübhəli bilinən qrupun üzvləri - Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakini Anar Kərimov, Elvira Ələsgərova tutulublar.

Digər şəxslərin saxlanılması üçün tədbirlər davam etdirilir.
Geri qayıt