İNSANLARIN ETİBARINDAN İSTİFADƏ EDƏN ŞƏXS SAXLANILIB - QUBADA

İNSANLARIN ETİBARINDAN İSTİFADƏ EDƏN ŞƏXS SAXLANILIB - QUBADA Daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan xalqxeber.az-a verilən məlumata görə, dekarbın 26-da Quba rayon Yuxarı-Tülər kəndində yaşayan bir nəfər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, dekabrın 11-də rayon ərazisində yerləşən Kapital banka məxsuz bankomatdan təqaudünü almaq üçün ora yaxınlaşıb, yaşlı olduğundan tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb. Evinə gəldikdə isə qaytarılan kartın ona məxsuz olmadığını oyrənib, dekabrın 26-da kartını yenilədikdən sonra hesabında olan 1300 manatının çıxarılmasını gördükdə həmin şəxsin onu aldadaraq soyğunçluq etdiyini anlayıb.
RPŞ-nin əməkdaşlarının “isti izlərlə” keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Quba rayon Səbətlər kənd sakini İsmət Şahbazov saxlanılaraq RPŞ-yə gətirilib. Dindirilmə zamanı o törətdiyi əməli eritaf edərək bildirib ki, kartda olan 1300 manatı bankomatdan çıxararaq mənimsəyib.
İ.Şahbazovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində digər faktların da üstü açılıb. Belə ki, kartlarında pul olmadığını deyərək noyabrın 30-da rayonun Qəçrəş kənd sakinini aldadaraq 170 manat və dekabr ayının əvvəlində rayon sakinini 500 manat pulunu eyni üsulla dələduzluq yolu ilə mənimsəyib.
Faktlarla bağlı Quba RPŞ-də İB-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.
Əgər İ.Şahbazovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Quba RPŞ-nə və ya şəhər telefonlarından (023)3353511; (023)3354302 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

Nizam Həmidov
polis leytenantı
İNSANLARIN ETİBARINDAN İSTİFADƏ EDƏN ŞƏXS SAXLANILIB - QUBADA
İNSANLARIN ETİBARINDAN İSTİFADƏ EDƏN ŞƏXS SAXLANILIB - QUBADA
İNSANLARIN ETİBARINDAN İSTİFADƏ EDƏN ŞƏXS SAXLANILIB - QUBADA
Geri qayıt