Rusiyada hərbi akademiyada oxuyan azərbaycanlı ürəyindən bıçaqlanıb

Rusiyada hərbi akademiyada oxuyan azərbaycanlı ürəyindən bıçaqlanıb Rusiyanın Mixaylovski Hərbi Artilleriya Akademiyasında təhsil alan Azərbaycan vətəndaşı qətlə yetirilib.

Rusiya KİV-nə istinadən xəbər veririk ki, hərbi akademiyanın kursantları olan 2 azərbaycanlı arasında baş verən dava bıçaqlanma ilə bitib.

Hadisə ötən gecə akademiyanın binasında baş verib. Dava zamanı 17 yaşlılardan biri digərini ürəyindən bıçaqlayıb.

Qətli törədən digər azərbaycanlı saxlanılıb, haqqında cinayət işi açılıb.
Geri qayıt