“Azərinşaat Servis”in gözətçisinin meyiti tapılıb

“Azərinşaat Servis” MMC-də gözətçi işləyən Əlikram Atamoğlanovun meyiti aşkarlanıb. Onun ürək tutmasından öldüyü ehtimal olunur. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı araşdırma aparılır.