Üç yaşlı qızı maşın vurub öldürdü

Üç yaşlı qızı maşın vurub öldürdü Bakıda 3 yaşlı qızın ölümü ilə nəticələnən yol qəzası olub.

DİN-nin saytına istinadən xəbər veririk ki, hadisə dekabrın 16-da saat 17 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Bakı şəhər sakini Şahin Hüseynov idarə etdiyi “İveco” markalı yük avtomobili ilə yolu keçən paytaxt sakini - 3 yaşlı Münəvvər Həsənovanı vurmuş və nəticədə uşaq hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Geri qayıt