Azərbaycanda lombarda silahlı hücum: Xəsarət alan var

Azərbaycanda lombarda silahlı hücum: Xəsarət alan var Salyanda quldurluq hadisəsi baş verib.

Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən E.Şahsuvarova məxsus lombarda naməlum şəxs basqın edib. Həmin şəxs soyuq silahla lombardın işçisinə xəsarət yetirib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs, Salyan şəhər sakini, 1987-ci il təvəllüdlü Abbasov Tural Cəbrayıl oğlu tutulub.

Faktla bağlı cinayət işi açılıb.
Geri qayıt