Zabratda iki qadını avtomobil vurdu

Zabratda iki qadını avtomobil vurdu Bakının Sabunçu rayonunda iki qadını avtomobil vurub.

Yol-nəqliyyat hadisəsi Zabrat qəsəbəsində baş verib.

Zabrat dairəsi kimi tanınan ərazidən keçən 1979-cu il təvəllüdlü Tanrıverdiyeva Mətanət Mehdiqulu qızı və 1975-ci il təvəllüdlü Bağırova Fatma Ramiz qızını avtomobil vurub.

Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Geri qayıt