Xırdalanda yaşayış binasında yanğın olub

Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk ki, yüksək temperaturdan binanın çardağı qismən qarsalanıb. 36 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənib, onlar Respublika Toksikologiya Mərkəzinə aparılıb.
Binanın çardağı və mənzillər yanğından mühafizə olunub, yanğın söndürülüb.