Bakıda kütləvi DAVA: Tanınmış güləşçi bıçaqlandı

Bakıda kütləvi DAVA: Tanınmış güləşçi bıçaqlandı Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

1992-ci il təvəllüdlü Rüstəmov Musa Bəhlul oğlu günorta saatlarında tanışı ilə mübahisə zamanı bıçaqlanıb.

Yaralı "Mercedes" markalı minik avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsində araşdırma aparılır.

M.Rüstəmov Gömrükçü İdman Cəmiyyətinin üzvüdür. O, Cəmiyyətin güləş yığmasında (66 kq) çıxış edir.
Geri qayıt