Salyanda faciə

Salyanda faciə Salyanda 45 yaşlı qadının qolu amputasiya olunub.

Salyan pambıqtəmizləmə zavodunda çalışan rayon sakini, 1972-ci il təvəllüdlü Nəcəfova Xatirə Azad qızının qolu ehtiyatsızlıqdan çiyidayırma dəzgahına düşüb.

X.Nəcəfova ağır xəsarətlə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, əməliyyat olunaraq sağ qolu dirsəkdən yuxarı amputasiya edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Geri qayıt