Bakıda barmeni ürəyindən vurdular

Bakıda barmeni ürəyindən vurdular Bakıda 21 yaşlı Xəyal Məmmədov ürəyindən aldığı bıçaq xəsarətindən sonra dünyasını dəyişib.

X.Məmmədov barmen işləyirmiş.

O, noyabrın 27-də Sabunçu rayonunun Zabrat qəsəbəsində naməlum şəxs münaqişə zəminində qəsəbə sakini Xəyal Məmmədovun sinə nahiyəsinə bıçaqla xəsarət yetirib. O, aldığı ağır bədən xəsarətindən hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Qasımov saxlanılıb.
Geri qayıt