“Nissan”ın vurduğu piyada öldü

“Nissan”ın vurduğu piyada öldü Sabunçu rayonunda yol qəzası baş verib.

DİN-nin saytına istinadən verdiyimiz məlumata görə, hadisə noyabrın 26-da saat 7:00 radələrində Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Sübhan Cabbarov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Ruslan Cəfərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır
Geri qayıt