Azərbaycanda məmur oğlu qəza etdi

Azərbaycanda məmur oğlu qəza etdi Bakıda səhər vaxtı yol qəzası baş verib. İdarəetməni itirən sürücünün idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılaraq aşıb.
Qəza Səbail meydanı tərəfdə yerləşən dayanacaqdan Bayraq Meydanına gedən yolda yaşanıb. Sürücü başından və qolundan yaralanıb.

Əməkdaşımız hadisə yerinə çatanda artıq zərərkəçən sürücü təcili yardımla xəstəxanaya aparılıb. Vəziyyəti haqqında məlumat yoxdur.

Hadisə yerində olan əməkdaşımızın qəzanın şahidlərindən əldə etdiyi məlumata görə, sürücü Bayılda 8-ci bölmənin cinayət axtarış bölməsində işləyən İlqar adlı şəxsin oğludur.

Dama-dama pencəkdə olan şəxs…Deyilənlərə görə, bir il əvvəl də həmin şəxsin yaxın ailə üzvləri – bacısı və bacısının gəlini qəza zamanı ölüb.

Bundan başqa bugünkü hadisə ailənin bu il yaşadığı ilk qəza hadisəsi deyil. Yaxın vaxtlarda da həmin şəxs oğlu ilə birlikdə qəza edib.

"A24.az”
Geri qayıt