Polis nazirlik əməkdaşını saxladı

Polis nazirlik əməkdaşını saxladı Samux rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı vəzifəsindən sui-istifadə etdiyi üçün saxlanılıb.

Rayonun Hacallı kəndi ərazisində Gəncə sakinləri Mais Vəliyev və Bəxtiyar Qurbanov ov edərkən polis tərəfindən tutulublar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların artırılması və mühafizəsi departamentində müfəttiş vəzifəsində işləyən Mais Vəliyevin xidməti avtomobilinə polis baxışı keçirilən zaman oradan sənədləri olmayan "TOZ" markalı ov tüfəngi, 48 ədəd patron və 1 ədəd quş aşkarlanıb.

Saxlanılan hər iki şəxs barəsində araşdırma başlanılıb.
Geri qayıt