65 nömrəli avtobusün sürücüsü piyada zolağından keçən qadını öldürdü - VİDEO

65 nömrəli avtobusün sürücüsü piyada zolağından keçən qadını öldürdü - VİDEO Bakıda qadını sərnişin avtobusu vuraraq öldürüb.

Yol-nəqliyyat hadisəsi Yasamal rayonunda baş verib.

Belə ki, "Şamaxinka" kimi tanınan ərazidə piyada zolağından keçmək istəyən 1963-cü il təvəllüdlü Paşayeva Şahzadə Qoçu qızını dayanacağa daxil olan 65 nömrəli sərnişin avtobusu vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. Sürücü saxlanılıb.
Geri qayıt