Abşeronda avtomobil bacı-qardaşı vurub, ölən var

Abşeronda avtomobil bacı-qardaşı vurub, ölən var Abşeronda avtomobil bacı-qardaş olan iki piyadanı vurub, onlardan biri ölüb.

“Mercedes” markalı avtomobil yolu keçən 1965-ci il təvəllüdlü Dünyamalıyev Nuşirәvan Xansuvar oğlu və onun bacısı 1957-ci il təvəllüdlü Dünyamalıyeva Qiymәt Xansuvar qızını vurub.

Hər iki şəxs sürücü tərəfindən təcili 1 saylı şəhər xəstəxanasına gətirilsə də, N.Dünyamalıyev xəstəxanada dünyasını dəyişib. Qadın isə reanimasiya şöbəsinə yerlәşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt