Bakıda qəbiristanlıqda doğranmış meyit tapıldı

Bakıda qəbiristanlıqda doğranmış meyit tapıldı Bakıda doğranmış halda meyiti aşkar edilmiş şəxs dəfn olunub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki su kanalında aşkar edilən hissələrə parçalanmış kişi meyitinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Meyit Hövsan qəsəbəsi ərazisindəki kimsəsizlər qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki su kanalında hissələrə parçalanmış naməlum kişi meyiti aşkar edilib. Meyitin başı, əlləri və ayaqları bir neçə gün sonra tapılıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Geri qayıt