Bakıda zavodda partlayış olub, ölən və xəsarət alan var

Bakıda zavodda partlayış olub, ölən və xəsarət alan var Bakıda zavodda partlayış olub.

Hadisə bu gün saat 11.00 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən, türkiyəli iş adamına məxsus zavodda qeydə alınıb.

Partlayış nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Hazırda hadisə yerində araşdırma aparılır.
Geri qayıt