Azərbaycanlı oğlan bıçağı Ukrayna vətəndaşının ürəyinə sancdı – FOTO

Azərbaycanlı oğlan bıçağı Ukrayna vətəndaşının ürəyinə sancdı – FOTO Kiyev polisinin məlumatına görə, Azərbaycan vətəndaşı qəsdən adam öldürməkdə şübhəli bilinərək saxlanılıb. Hadisə 20 gün əvvəl baş versə də, azərbaycanlını dünən yaxalamaq mümkün olub.
26 yaşlı kişi 31 yaşlı Ukrayna vətəndaşını bıçaqla ürəyindən vuraraq öldürüb. Hadisə Kiyevdəki hostellərdən birində baş verib. Polisin ilkin versiyasına görə, onların hər ikisi sərxoş olub. Məişət zəminində münaqişə başlayıb və ardınca bıçaq zərbəsi gəlib. Hadisədən sonra qatil gizlənib və nəhayət, dünən polis tərəfindən saxlanılıb.
Bildirilir ki, 26 yaşlı oğlan əvvəllər öz ölkəsində də qarət maddəsi ilə həbsdə olub. Qatilin adı açıqlanmasa da, ölkəsinin Azərbaycan olduğu bildirilib.
Saxlanılmış şəxs ilkin ifadəsində bildirib ki, ukraynalı mütəmadi olaraq onu təhqir edirmiş, xəbərdarlıq etməsinə baxmayaraq, nəticə çıxarmayıb .
Azərbaycanlı oğlan bıçağı Ukrayna vətəndaşının ürəyinə sancdı – FOTO
Azərbaycanlı oğlan bıçağı Ukrayna vətəndaşının ürəyinə sancdı – FOTO
Geri qayıt