Bakıda məşhur biznes mərkəzi yanır - Video

Bakıda məşhur biznes mərkəzi yanır - Video Bakının Nərimanov rayonunda “AFEN PLAZA” biznes mərkəzində güclü yanğın baş verib.

Binanın 6-cı mərtəbəsində başlayan yanğın bütün mərtəbələri bürüyüb.

Hazırda hadisə yerinə Fövəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, “Qafqazinfo” Xəbər Portalının ofisi də “AFEN PLAZA”da yerləşir.

***

Hadisə yerinə 7 ədəd yanğınsöndürən maşın cəlb olunsa da, hələ ki, yanğın söndürülməyib.
Geri qayıt