Kafedən 200 manat oğurlayan qadın tutuldu
Kafedən pul oğurlayan paytaxt sakini tutulub.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki kafelərdən birindən 200 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Kəmalə Musayeva tutulub.
