Bakıda televizor körpənin üzərinə aşdı

Bakıda televizor körpənin üzərinə aşdı Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib.

Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində yerləşən mənzildə yaşayan 2016-cı il təvəllüdlü Muxtarlı Fazil İlkin oğlu valideyn nəzarəti olmadan televizora toxunub.

Nəticədə televizor onun başına düşüb. Körpə ağır xəsarət alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Geri qayıt