Ermənistanda həbsxanada qiyam

Ermənistanda həbsxanada qiyam Ermənistan Ədliyyə Nazirliyinin Gorus islah-əmək müəssisəsində məhbuslar yataq dəstlərini yandırıb, kameraların qapılarını sındırıblar.

Ermənistan KİV-inə istinadən xəbər veririk ki, hadisə oktyabrın 31-də gecə saatlarında olub.

Ermənistan İstintaq Komitəsi və İslah-Əmək Müəssisəsinin əməkdaşlarının keçirdiyi yoxlama zamanı məhbuslar və məhkumlar arasında münaqişə yaranıb. Onlar kameraların qapılarını sındırıb, bir-birilərini təhqir etməyə başlayıblar. Məhbusların bəziləri yanan yataq ləvazimatlarını və məişət əşyalarını kameranın pəncərəsindən bayıra atıblar.

Məhbuslar və məhkumlar arasında xəsarət alan və ölən olmayıb.
Geri qayıt