Qadın məktub yazıb özünü öldürdü - Bakıda

Bildirilir ki, hadisə vaxtı Lətafət İsmayılova evdə tək olub. Onun həyatına son qoymasından ilk olaraq qonşular xəbər tutublar. İlkin araşdırma zamanı 49 yaşlı qadının məktubu tapılıb. O, intiharında kimsənin günahkar olmadığını, yaşamaq istəmədiyini qeyd edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.